Şair Salam Sarvan Yazıçılar Birliyindən çıxıb

Şair Salam Sarvan Yazıçılar Birliyindən çıxıb
# 16 oktyabr 2015 06:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb. APA-nın məlumatına görə, S. Sarvan bu barədə “Facebook” səhifəsində yazıb.

Şair qeyd edib ki, onun bu addımı kimlərdənsə inciklik deyil: “Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. Sadəcə, düşünürəm ki, yaş artdıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdı. Ümumən, bütün məsələlərdə belə bir düstura inanıram: hələ ki, gec deyil!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR