"ADDA project" yeni saytının təqdimatını keçirib

"ADDA project" yeni saytının təqdimatını keçirib
# 22 oktyabr 2015 09:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İrimiqyaslı layihələndirmə, dizayn və tikinti-təmir xidmətlərini təklif edən “ADDA Project” şirkətinin (Architecture Design Decoration Advise) yeni saytının təqdimatı keçirilib.

APA-Economics” xəbər verir ki, şirkətin icraçı direktoru Namiq Abdullayev bildirib ki, bu səhifəni yaratmaqda məqsəd müştərilərə daha yaxın olmaq, şirkətin yenilikləri və qaynar iş həyatı ilə onları məlumatlandırmaqdır.

“Bugünkü dövrdə biznesin inkişafında internetin, sosial şəbəkələrin rolu danılmazdır. İnternet xidmətləri sayəsində sosial əlaqələrin qurulması bizə işimizin effektivliyini artırmaq və daha geniş miqyasda layihələr gerçəkləşdirmək imkanı verir”, - deyə N.Abdullayev bildirib.

“ADDA Project”in yeni fəaliyyətə başladığını bildirən şirkət rəsmisi planların və qarşıda duran məqsədlərin hələ bitib-tükənmədiyini bildirib. ““ADDA Project” ilkin mərhələdə paytaxtımızda və regionlarda gedən quruculuq və abadlaşdırma işlərində yaxından iştirak etməyi planlaşdırıb. Qarşıdan gələn illərdə isə beynəlxalq arenaya çıxmaq, bir Azərbaycan şirkəti olaraq bu sferada çalışan dünya miqyaslı ən yaxşı şirkətlər sırasına daxil olmağı əsas hədəflərimizdən biridir”.

Qeyd edək ki, “ADDA Project”in yeni saytının təqdimatı ilə yanaşı, şirkətin maliyyə dəstəyi ilə çəkilən tanınmış müğənni ABD Malikin ifasında “Кури Молчи” klipinin təqdimat mərasimi də keçirilib.

“Müasir cəmiyyət fərqliliyə üstünlük verir. Fərqli olmaq, fərqli yaşamaq, fərqli düşünmək, fərqli dünya görüşünə sahib olmaq və s. Xəyal dünyanızın memarı olun. Öz üslubunuzu yaratmaqda “ADDA Project”ə güvənin. Peşəkar bir komanda hər zaman xidmətinizdədir. Müasirlik, yeni tendensiyalarla tanışlıq, bu sferada innovativ texnologiyaların tətbiqi, həyatınıza rəng qatacaq bir mühit” – “ADDA Project” bunları vəd edir.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi-33

"Əsra Palaza", 4-cü mərtəbə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR