DİN Ağsu rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Ağsu rayonunda baş vermiş qətl hadisəsi  ilə bağlı məlumat yayıb
# 22 oktyabr 2015 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Ağsu rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Ağsu şəhərində yaşayan Tərlan Baxşıyev həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Rüstəm Osmanova xəsarət yetirib. R.Osmanov hadisə yerində ölüb.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub. Hadisəni törədərkən istifadə etdiyi “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR