Suriyada İŞİD mövqelərinə hücum nəticəsində 8 azərbaycanlının öldüyü barədə məlumat yayılıb - VİDEO

Suriyada İŞİD mövqelərinə hücum nəticəsində 8 azərbaycanlının öldüyü barədə məlumat yayılıb - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2015 13:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Suriyanın Deir Ezzor vilayətində İŞİD-in nəzarətində olan al-Mayadin şəhərinə edilən hücum zamanı 2 azərbaycanlı ailənin üzvləri öldürülüb.

APA-nın Suriya İnsan Haqları üzrə Müşahidə Qrupunun (Syrian Observatory for Human Rights) saytına istinadən verdiyi məlumata görə, döyüş təyyarələri tərəfindən edilən hava hücumu zamanı milliyətcə azərbaycanlı olan 2 qadın və 6 uşaq ölüb. Onların İŞİD sıralarında döyüşən şəxslərin ailə üzvləri olduğu bildirilir.

Lakin döyüş təyyarəsinin beynəlxalq koalisiyaya, yoxsa Rusiyaya məxsus olduğu aydınlaşmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR