Braziliyalı deputat: "Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir"

Braziliyalı deputat: "Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir"
# 05 aprel 2016 14:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınayırıq”.

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio de Janeyro Şəhər Şurasının Xarici əlaqələr komissiyasının sədri Sezar Mayanın Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, hər kəs Azərbaycanın erməni təcavüzünün qurbanı olduğunu bilir: “20 ildən çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün var. Təəssüf ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və həmin dövrdə Braziliyanın BMT TŞ-nın qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi 4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyət öz səylərini səfərbər edərək Ermənistana yuxarıda qeyd edilən BMT TŞ-nın qətnamələrinin icra etməsi üçün təzyiq göstərməlidir. Baş verənlərlə əlaqədar Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR