Kiyevdə antiterror əməliyyatı zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Kiyevdə antiterror əməliyyatı zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb
# 10 dekabr 2015 01:40 (UTC +04:00)

Bakı-APA. Dekabrın 10-a keçən gecə Ukrayna paytaxtında antiterror əməliyyatı zamanı 2 Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı yaralanıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan biri aldığı yaralardan daha sonra dünyasını dəyişib.

İlkin məlumata əsasən, UTX əməkdaşlarının hədəfində terrorçuluqda şübhəli bilinən Dağıstan vətəndaşı olub. Əməliyyat nəticəsində onun məhv edildiyi bildirilir. İnsidentlə bağlı rəsmi açıqlama hələ ki, verilməyib.

Xatırladaq ki, ötən ay beynəlxalq axtarışda olan “Ən Nüsrə cəbhəsi” qruplaşmasının liderlərindən biri Kiyevdə saxlanılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR