Çindəki defisit kokslaşdırılmış kömürü 80% bahalaşdırıb

Çindəki defisit kokslaşdırılmış kömürü 80% bahalaşdırıb
# 17 sentyabr 2016 13:23 (UTC +04:00)

Bakı - APA-Economics. Kokslaşdırılmış kömürün 1 tonunun qiyməti 200 dolları ötüb.

"APA-Economics" xəbər verir ki, buna səbəb Çində bu növ xammalın defisitinin yaranmasıdır. Bunu nəzərə alan yerli treyderlər kokslaşdırılmış kömürü xaricdən alır.

Ekspertləri isə bir sual maraqlandırır: kokslaşdırılmış kömürü cari ilin ən rentabelli xammal məhsuluna çevirən ralli nə qədər davam edəcək?

"Steel Index"in açıqladığı rəqəmlərə əsasən, Avstraliyada kokslaşdırılmış kömürün 1 tonunun qiyməti ötən günlə müqayisədə 4,1% artaraq 205,9 dollara çatıb. Son ay ərzində xammalın qiymətində 80%, ilin əvvəli ilə müqayisədə isə 163%-lik artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR