Vladimir Putin Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoydu

Vladimir Putin Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoydu
# 28 noyabr 2015 21:20 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin ölkə ərazisində Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyulmasına və ya məhdudlaşdırılmasına dair göstəriş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

“Türkiyə yurisdiksiyasında olan təşkilatların gördüyü müəyyən işlərə (göstərdiyi müəyyən xidmətlərə) qadağa qoyulsun və ya məhdudlaşdırılsın. Bu işlərin (xidmətlərin) siyahısı Rusiya hökuməti tərəfindən müəyyənləşdirilir”, deyə məlumatda bildirir.

Rusiya prezidenti həmçinin Türkiyədən malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib.

Qeyd edək ki, V.Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR