Bank Of Baku

“Qalatasaray” klubu hücumçusu ilə yollarını ayırıb

“Qalatasaray” klubu hücumçusu ilə yollarını ayırıb
# 08 sentyabr 2020 17:33 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Türkiyənin “Qalatasaray” klubu bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Adəm Büyük İstanbul təmsilçisi ilə vidalaşıb.

33 yaşlı forvard Super Liqada çıxış etməkdə davam edəcək. O, sabiq komandası “Yeni Malatyaspor”la anlaşıb. Adəm 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu “cim-bom”u keçmiş komandasına dəyişib.

Qeyd edək ki, Adəm Büyük “Qalatasaray”a ötən ilin yayında məhz “Yeni Malatyaspor”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR