“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki matçının hakimləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun növbəti ev oyunu üçün Qazaxıstandan olan hakimlər briqadası Bakıya gələcək.
Qarşılaşmanın baş hakimi Furkat Atajanov olacaq. Ona həmyerliləri Sergey Kalaçyov və Darxan Tulegenov kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Qriqori Moskovçenko yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi bu gün keçiriləcək “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi olacaq.