Ötən ay Azərbaycanda enerji istehsalı 5%-dən çox azalıb

 Ötən ay Azərbaycanda enerji istehsalı 5%-dən çox azalıb
# 04 noyabr 2015 12:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. Kv/S-dan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 5,55% azdır. Ötən ayla müqayisədə isə ölkədə enerji istehsalı 6,25: çoxdur.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə 18,6 mlrd. Kv/s-dan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 0,54% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR