Bakı-APA. Burundidə hökumətə qarşı etirazlar başlanandan azı 240 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn bəyan edib.
“Burundidə apreldən etibarən azı 240 nəfər ölüb. Ölkədə işgəncə və digər qeyri-insani rəftar və cəzalar qeydə alınıb”, deyə BMT rəsmisi bildirib.
Qeyd edək ki, Burundidə yaşanan böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.