Qurban Qurbanov: "Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib"

Qurban Qurbanov: "Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib"
# 11 dekabr 2015 00:33 (UTC +04:00)

Bakı-APA. "Əfsuslar olsun məğlub olduq. Futbolçuların hər birinə təşəkkür edirəm. Bizim üçün çox böyük təcrübə oldu. Komandanın oyunundan razı qaldım." Apasport.az saytının “Trend”ə istinadən məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Anderlext" - "Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis matçı belə şərh edib: "Belə oyunlarda kiçik bir boşluq qolla nəticələnir. Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm düzgün alınmaz. Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib".

Qurbanov həmçinin hesab edir ki, oyundakı mübahisəli epizodda penalti var idi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR