Bank Of Baku

“Şalke”nin yeni baş məşqçisi müəyyənləşib

“Şalke”nin yeni baş məşqçisi müəyyənləşib
# 30 sentyabr 2020 19:35 (UTC +04:00)

Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Manuel Blum təyin olunub.
 
“Auqsburq”un sabiq baş məşqçisi kimi tanınan mütəxəssisin son iş yeri Almaniyanın U-18 yığması olub. 41 yaşlı çalışdırıcı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.
 
Qeyd edək ki, 18 oyundur qələbə qazana bilməyən Bundesliqa təmsilçisi mövsümün ikinci tutundan sonra əvvəlki baş məşqçisi David Vaqneri istefaya göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR