Tatarıstanda 15 yaşlı şagird dərsdə ölüb

Tatarıstanda 15 yaşlı şagird dərsdə ölüb
# 09 sentyabr 2016 17:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyası Tatarıstan Respublikasında məktəbli oğlan rus dili dərsində ölüb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə istintaq Komitəsinin region üzrə idarəsi məlumat yayıb.

2001-ci il təvəllüdlü şagird məktəbdə huşunu itirib və təcili tibbi yardım gələnə kimi ölüb. İlkin məlumata əsasən onun heç bir xəstəliyi olmayıb.

Faktla bağlı istintaq öncəsi araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR