Azərbaycanda daha 10 dini icmaya maliyyə yardımı ayrılıb

Azərbaycanda daha 10 dini icmaya maliyyə yardımı ayrılıb
# 22 sentyabr 2016 11:12 (UTC +04:00)

Bakı - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitədən APA-ya verilən məlumata görə, qurum sədrinin birinci müavini Səyyad Salahlı dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq islam və qeyri-islam dini icmalara maliyyə vəsaiti ayırdığını vurğulayıb. O, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində yerlərdə keçirdikləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları təqdim edəcəklər.

Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 131 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 112-i isə islam dini icmalarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR