Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 14-də saat 17.15 radələrində Biləcəri qəsəbəsi Ordubadi küçəsində Kürdəmir rayon sakini, 1970-ci il təvəllüdlü Arif Məmmədov idarə etdiyi “Kia-Sorento” markalı avtomobillə qəsəbə sakini, 1948-ci il təvəllüdlü Əbdül Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən Ə. Quliyev orada ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.