Goranboyda mənzildə partlayış baş verib, 1 nəfər xəsarət alıb

Goranboyda mənzildə partlayış baş verib, 1 nəfər xəsarət alıb
# 18 yanvar 2016 11:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Goranboyda mənzildə partlayış baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da saat 23 radələrində Goranboy rayonunun Safikürd kəndində yaşayan Etibar Bəşirovun evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin bir qismi yanıb, E.Bəşirovun anası Gövhər Məmmədova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR