Küveyt əmiri: “Dünya Humanitar Sammiti cəhdlərimizinin birləşdirilməsi baxımından misilsiz bir imkandır”

Küveyt əmiri: “Dünya Humanitar Sammiti cəhdlərimizinin birləşdirilməsi baxımından misilsiz bir imkandır”
# 23 may 2016 11:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Dünya Humanitar Sammiti planetimizin üzləşdiyi böyük problemlərə qarşı mübarizədə cəhdlərimizi birləşdirmək və koordinasiya etmək baxımından tarixi və misilsiz bir imkandır”.

APA-nın xəbərinə görə, bunu Küveyt əmiri Sabah al–Əhməd Caber əs Sabah Dünya Humanitar Sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda dünyada 60 milyon insan çətin sosial durumda yaşayır. Küveyt əmiri bildirib ki, mövcud böhranlarla mübarizə iki əsas istiqamətdə aparılmalıdır: “Birincisi, böhranlar və münaqişələrin qarşısının alınması, ikincisi isə cəld və effektiv tədbirlər nəticəsində insanların təcili ehtiyaclarının qarşısını alınmasıdır”.

Humanitar fəaliyyətlərin canlandırılmasının vacib olduğunu deyən Küveyt əmiri bildirib ki, Küveyt dövləti Suriya xalqına yardım edənlərin ön cəbhəsində olub. O qeyd edib ki, kollektiv məqsədlərə nail olmaq üçün BMT-nin agentlikləri ilə birlikdə birgə iş görülməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR