Səudiyyə Ərəbistanı nümayəndəsi: “Son hadisәlәr fonunda islam hәmrәyliyi daha da güclәndirilmәlidir”

Səudiyyə Ərəbistanı nümayəndəsi: “Son hadisәlәr fonunda islam hәmrәyliyi daha da güclәndirilmәlidir”
# 26 noyabr 2015 09:23 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. Bakıda İSESCO Baş Konfransının 12-ci iclası başlayıb.


APA-nın mәlumatına görә, Sәudiyyә Әrәbistanı tәhsil nazirinin müavini Mәhәmmәd bin Әbdülәziz Alohali sonuncu baş konfransdan bu yana İSESCO-nun öz öhdәliklәrini yerinә yetirdiyini deyib. Onun fikrincə, nailiyyәtlәr vә tәcrübә әsasında demәk olar ki, tәşkilatın reytinqi getdikcә artır.

Məhəmməd bin Əbdüləziz hesab edir ki, son hadisәlәr fonunda müsәlmanlar islam hәmrәyliyini daha da güclәndirmәlidirlәr: "Dünyanın bir çox yerlәrindә islama qarşı mәnfi fәaliyyәt görürük. Bu da tәhsil, elm, insanlararası münasibәtlәrdә inkişafı labüd edir. İslam dünyası çәtinliklә üzlәşdikcә, daha çox İSESCO-ya ehtiyac duyacaq. Üzv dövlәtlәri dә ayrıca dәstәklәmәliyik. Üzv ölkәlәri dәstәklәmәklә islam hәmrәyliyini dәstәklәmiş olacağıq. Gәlәcәk nәslin tәhlükәsiz vә sülh şәraitindә yaşaması üçün әlimizdәn gәlәni edәcәyik. İSESCO-nun әlindә bu alәt vә vasitәlәr var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR