Xaçmazda maşın biri polis olmaqla iki nəfəri vurub

Xaçmazda maşın biri polis olmaqla iki nəfəri vurub
# 02 fevral 2016 20:05 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda iki piyadanı maşın vurub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob -Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106 " markalı 27 BE 109 dövlət nömrə nişanlı avtomaşın iki piyadanı vurub. Onlar Nərəcan kənd sakinləri 1987-ci il təvəllüdlü Yunusov Şahəddin Almaz oğlu və 1986-cı il təvəllüdlü Əsədov Vasif Əkbər oğludur. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan Xaçmaz Dəmiryol xətt polis şöbəsinin əməkdaşı Ş.Yunusov Bakıda yerləşən tibb müəssisəsinə göndərilib. V.Əsədovun vəziyyəti isə orta ağırdır, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR