Əmisi oğlunu bıçaqlayan şəxsə hökm oxunub

Əmisi oğlunu bıçaqlayan şəxsə hökm oxunub
# 12 may 2016 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu bıçaqlayan Rahil Səfərovun məhkəməsi yekunlaşıb. APA-nın məlumatına görə R. Səfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki Xızı rayonunun Şuraabad kəndində yaşayan, əvvəllər məhkum olunmuş Rahil Səfərov münaqişə zəminində əmisi oğlu Vüsal Səfərova bıçaqla xəsarət yetirib.

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Səfərov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR