İran Sərhəd Qoşunlarının komandanı Azərbaycanla sərhəd bölgəyə səfər edib

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycanla sərhəd bölgəyə səfər edib
# 24 dekabr 2015 13:03 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi Azərbaycanla sərhəd bölgəyə səfər edib.

APA-nın İran bürosunun İRNA-ya istinadən verdiyi məlumata görə, Q. Rzayi Astara (İran) sərhəd buraxılış məntəqəsinə baxış keçirib.

Q. Rzayi deyib ki, Astara sərhəd və gömrük məntəqəsinin genişləndirilməsi ilə bağlı layihə icra olunacaq. “Azərbaycan və İran arasında əldə olunan razılığa əsasən, Astara terminalının inkişaf etdirilməsi proqramını icra edəcəyik. Nəzərdə tutulub ki, sərhəddə bəzi yer dəyişmələr həyata keçirilsin”.

O deyib ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün Astara terminalının inkişaf etdirilməsi önəmli əhəmiyyət kəsb edir. “Hazırlanmış plana görə, Astara gömrüyünün və terminalının inkişafının şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR