Bakıda neft quyusundan oğurluq edən şəxslər yaxalanıb

Bakıda neft quyusundan oğurluq edən şəxslər yaxalanıb
# 22 oktyabr 2015 10:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində neft quyusundan oğurluq edən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 18-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində “Suraxanı Oil Operation Company S.A.” şirkətinə məxsus 3 neft quyusundan kabel oğurlanıb.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Anar Şıxıyev, Nurlan Rəcəbli və İsa Əliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR