Narkomanların müalicə proqramlarının şərtləri sərtləşdirilib

Narkomanların müalicə proqramlarının şərtləri sərtləşdirilib
# 09 mart 2016 21:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, əvəzedici müalicə proqramının iştirakçısının proqramdan çıxarılması ilə bağlıdır.

Dəyişikliyə əsasən əvəzedici müalicə proqramının iştirakçısı yardımçı müalicə zamanı narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduqda proqramdan çıxarılacaq və bir daha qaytarılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR