Bank Of Baku

“Yuventus” Fransa yığmasının hücumçusunu transfer edir

“Yuventus” Fransa yığmasının hücumçusunu transfer edir
# 11 sentyabr 2020 10:15 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubunun hücumçusu Olivye Jiru İtaliyaya köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard “Yuventus”un formasını geyinməyə yaxındır.

İspaniya “Barselona”sının hücumçusu Luis Suareslə danışıqları dayandıran A seriyası çempionu Jiru ilə ilkin razılığa gəlib. Keçid baş tutarsa Fransa millisinin üzvü 2 illik müqavilə imzalayacaq və məvacibi 9 milyon avro olacaq. “Çelsi” bu transferdən 5 milyon avro qazanmağı hədəfləyir.

Qeyd edək ki, Olivye Jiru “Çelsi”yə 2018-ci ildə “Arsenal”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR