Bank Of Baku

Açıqlama: Yayımla bağlı problemə görə "İdman" TV qədər "Qarabağ" FK da məsuliyyət daşıyır

Açıqlama: Yayımla bağlı problemə görə "İdman" TV qədər "Qarabağ" FK da məsuliyyət daşıyır
# 25 avqust 2023 14:22 (UTC +04:00)

"İdman" TV "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün yayımında problem yaranması ilə bağlı açıqlama yayıb.

APA xəbərinə görə, açıqlamada bildirilir ki, yayımla bağlı ortaya çıxan problemdə "İdman" TV qədər "Qarabağ" FK da məsuliyyət daşıyır.

“Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. "Qarabağ" futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə "İdman" TV qədər "Qarabağ" FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcək”, - deyə "İdman" TV-nin açıqlamasında bildirilir.

Qeyd edək ki, qarşılaşma yalnız 68-ci dəqiqədən etibarən "İdman" TV ilə yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR