Bank Of Baku

AFFA dörd klubu cərimələyib

AFFA dörd klubu cərimələyib
# 28 fevral 2025 13:53 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

21 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasına 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilib;

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib;

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilib;

23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasına 4 nəfər vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilib (maddə 37).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR