İyulda Naxçıvanda elektrik enerjisi satışından daxilolmalar 3 mln. manata yaxın olub

İyulda Naxçıvanda elektrik enerjisi satışından daxilolmalar 3 mln. manata yaxın olub
# 06 avqust 2015 14:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikası üzrə 2015-ci ilin iyul ayında 2 mln. 856 min manat dəyərində 47 min 614 kvt/saat miqdarında elektrik enerjisi istehlak edilib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay Naxçıvan üzrə elektrik enerjisi satışından 2 mln. 857,1 min manat toplanıb. Beləliklə, istehlak olunmuş elektrik enerjisinə görə ödənişə 100% əməl edilib.

Qeyd: İyul ayında texniki itki nəzərə alınmaqla daxil olan 47 mln. 614 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 mln. 856 min 800 manat olub, cəmi 2 mln. 857 min 100 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR