Bank Of Baku

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
# 10 noyabr 2024 16:06 (UTC +04:00)

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan APA-ya verilən məlumata görə, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR