Zakir Həsənov: “Silahlı Qüvvələrin 10 illik İnkişaf Strategiyası hazırlanır”

Zakir Həsənov: “Silahlı Qüvvələrin 10 illik İnkişaf Strategiyası hazırlanır”
# 24 iyun 2015 08:46 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Müdafiə naziri bildirib ki, son illərdə Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb: “Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR