Ali Koç "Göztepe" matçında baş verənlərlə bağlı danışıb

Ali Koç "Göztepe" matçında baş verənlərlə bağlı danışıb
# 20 avqust 2024 16:55 (UTC +04:00)

Superliqa təmsilçilərindən "Fənərbaxça"nın prezidenti Ali Koç "Göztepe" matçında baş verənlərlə bağlı danışıb.

Apasport.az xəbər verir ki, Koç "Göztepe" - "Fənərbaxça" matçında meydana niyə girdiyini açıqlayıb.

O, "Göztepe" matçında baş verənlərlə bağlı açıqlama verib:

"Hələ meydana gəlməmişik, stadiondan kənardayıq. Formalarımızı polisin gözü qarşısında aldılar, daha sonra yandırdılar. Heç bir tədbir görülmədi. 2:0 öndəyik, azarkeşlərimiz qan ağlayır, “rəhbərlik bizə sahib çıx” deyə qışqırır. Ora getməmizin əsas səbəbi polislə azarkeşlər arasında yaranan mübahisə idi. Yaşananları yumşaltmaq, azarkeşlərin tribunalara keçməsi üçün refleks göstərməli idik. Bəzi göstərişlərə zidd hərəkət etməli olduq. İstəməzdim ki, başqa hadisələr baş versin. Nə oldu? Evakuasiya qapıları açıldı, azarkeşlərimiz tribunalara aparıldı".

Qeyd edək ki, Superliqanın 2-ci həftəsində "Göztəpə"-"Fənərbaxça" matçı gərginliklə yadda qalıb. "Göztepe" azarkeşləri Ali Koçun başına yad əşyalar atıb. Daha sonra isə "Göztepe" akkreditasiyasına sahib olan klub nümayəndəsi prezidenti arxadan itələyib. O, müvazinətini itirərək yerə yıxılıb.

Baş verənlərlə bağlı araşdırma aparılır, A. Koçu itələyərək yıxan şəxs barəsində ev dustaqlığı qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR