Səfir: “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti görüşü gələn ilin əvvəlində keçiriləcək”

Səfir: “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti görüşü gələn ilin əvvəlində keçiriləcək”
# 18 dekabr 2019 19:07 (UTC +04:00)

“Gürcüstan və Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın növbəti görüşü 2020-ci ilin əvvəlində Tbilisidə keçiriləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib. Onun sözlərinə görə, müvafiq komissiya hazırda bu sahədə fəaliyyətini aktiv şəkildə davam etdirir.

“Gürcüstan Baş naziri Giorgi Qaxaria bu vəzifədə xaricə ilk səfərini Azərbaycana etmişdi və bu zaman aparılan danışıqlarda ruhanilərin məbədə sərbəst hərəkət etməsi barədə razılıq əldə olunmuşdu. Məndə olan məlumata görə hazırda bu sahədə heç bir problem yoxdur və ruhanilər sərbəst hərəkət edə bilirlər. Bu sahədə fəaliyyət göstərən komissiyanın ilk görüşü may ayında artıq Bakıda baş tutub. Növbəti görüşün 2020-ci ilin əvvəlində Tbilisidə keçirilməsi planlaşdırılır. Komissiya öz fəaliyyətini aktiv şəkildə davam etdirir”, - deyə Z. Pataradze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR