“Arsenal” qapıçısı Aaron Ramsdeyllə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı ingiltərəli yeni anlaşmaya imza atmağa razılıq verib.
Tərəflər yaxın günlərdə sözləşmənin uzadılmasını rəsmiləşdirəcək. Ramsdeyl 2028-ci ilə qədər İngiltərə klubunda qalacaq.
Qeyd edək ki, qolkiper 2021-ci ilin yayından “topçular”ın şərəfini qoruyur. O, mövsümün 35 matçında 39 qol buraxıb.