Bank Of Baku

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək
# 03 noyabr 2022 00:48 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son matçına çıxacaq.

G qrupunda ikinci olan Ağdam təmsilçisi “Frayburq”u qonaq edəcək. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün böyük önəm daşıyır.

Ağdamlılar pley-offa yüksəlmək üçün qalib gəlməlidir. Əgər təmsilçimiz bunu bacarmasa, Yunanıstanda “Olimpiakos”la görüşən “Nant”ın xal itkisinə ümid edəcək.

Turun digər oyunu da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Avrokuboklarla vidalaşdığı dəqiqləşən “Olimpiakos” evdə “Nant”la görüşəcək.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq, qarşılaşmalar 2023-cü ildə keçiriləcək.

Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)
Baş hakim:
Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Frayburq

5

4

1

0

12-2

13

2

Qarabağ

5

2

1

2

8-4

7

3

Nant

5

2

0

3

4-11

6

4

Olimpiakos

5

0

2

3

2-9

2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR