Samuxda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb

Samuxda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb
# 06 sentyabr 2017 14:41 (UTC +04:00)

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə-İmamzadə yolunun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü və sərnişini hadisə yerində ölüblər.

Ölənlərin 1958-ci il təvəllüdlü İlqar Zeynalov və Mahir Məmmədov olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR