Moldovada hakimiyyət əleyhinə etiaz aksiyası keçirilir

Moldovada hakimiyyət əleyhinə etiaz aksiyası keçirilir
# 07 sentyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzi meydanında 2 gündür etiraz aksiyaları keçirilir.

APA-nın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından etirazçıların meydanda qurduğu çadırların sayı 100-ə çatıb. Kişinyov şəhərinin mərkəzi meydanının 4-də bir hissəsi tutulub. Etiraz aksiyalarının başladığı gün çadırların sayı 30 idi. Gecə boyunca Kişinyov əhalisi aksiya iştirakçılarına yemək, isti geyim və yeni çadırlar daşıyıblar. İlk gün iştirakçıların sayının 20-100 min arası olduğu bildirilir. Aksiyanı “Ləyaqət və ədalət” adlı hərəkat təşkil edib.

Etirazçılar korrupsiya və vəzifədən su-istifadə hallarına etiraz edirlər. Onlar prezident Nokolae Timoftini istefaya çağırırlar. Digər tələb isə 2016-cı ilin martına kimi növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Xatırladaq ki, bu mitinq “Ləyaqət və ədalət” hərəkatı tərəfindən 2015-ci ilin yazından bu yana təşkil olunan 4-cü mitinqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR