Bu il Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5% artıb

Bu il Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5% artıb
# 28 mart 2015 09:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,1% artaraq 1076,7 mln. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 68,1%-i hüquqi şəxslərdə yaranıb və bu müəssisələrdə əhaliyə 802,7 mln. manatlıq xidmət göstərilib. Bu ötən ilin müvafiq dövrünün göstəricisini 4,6% üstələyib.

Bu ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 56,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR