Bank Of Baku

Azərbaycan ölkələrin UEFA reytinqində iki pillə geriləyib

Azərbaycan ölkələrin UEFA reytinqində iki pillə geriləyib
# 16 avqust 2024 09:30 (UTC +04:00)

Azərbaycan ölkələrin UEFA reytinqində iki pillə geriləyib.

Apasport.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra baş verib.

"Qarabağ" Çempionlar Liqasında Bolqarıstanda əlavə vaxtda (əsas vaxt 3:2) "Ludoqorets"ə qalib gəlib - 7:2.

"Sabah" UEFA Konfrans Liqasında Bakıda "Sent Patriks Atletik"ə məğlub olub (0:1), "Zirə" isə "Osiyek"lə heç-heçə edib - 2:2.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

"Qarabağ"ın qələbəsi Azərbaycanın aktivinə 0,250, "Zirə"nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb. 25-ci pillədəki Kiprin 18,975, 27-ci yerdəki Bolqarıstanın 18,375 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR