Bank Of Baku

Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb

Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb
# 31 oktyabr 2022 13:35 (UTC +04:00)

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, referi karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oyun idarə edəcək.

O, qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq.

Ağayevə FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 3-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR