Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində küləkli hava müşahidə olunacaq, arabir güclənəcək - VİDEO

Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində küləkli hava müşahidə olunacaq, arabir güclənəcək - <span style="color: red;">VİDEO
# 03 aprel 2015 08:18 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən Bakı və Abşeron yarımadasında, o cümlədən bölgələrdə küləkli hava müşahidə olunur. Gündüz külək arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.

Sabahdan isə şimal-qərb küləyinin cənub küləyinə keçməsi gözlənilir. Küləkli hava şəraiti yaxın 2-3 gün ərzində müşahidə olunacaq.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə ediləcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ölkə ərazisində şimal-qərb küləyi cənub, sonra yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur rejimində isə ciddi dəyişiklik gözlənilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR