Bank Of Baku

Barış Alper Yılmaz və Kerem Demirbayın cəzası açıqlanıb

Barış Alper Yılmaz və Kerem Demirbayın cəzası açıqlanıb
# 08 aprel 2025 18:11 (UTC +04:00)

Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi (PFDK) “Qalatasaray”ın oyunçuları Barış Alper Yılmaz və Kerem Demirbayın cəzasını açıqlayıb.

APA xəbər verir ki, hər iki oyunçuya bir matç oynamama cəzası verilib.

Onlar Türkiyə kubokunun “Konyaspor”la keçiriləcək yarımfinal qarşılaşmasını buraxacaqlar.

Qeyd edək ki, Türkiyə kubokunun ¼ final mərhələsində keçirilən “Fənərbaxça” - “Qalatasaray” qarşılaşmasında oyunçular və texniki heyət arasında insidentlər yaşanmışdı.

Əlavə edək ki, “Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR