Bank Of Baku

"Bavariya” 1/8 finala çıxıb, “Milan” mübarizəni dayandırıb

"Bavariya” 1/8 finala çıxıb, “Milan” mübarizəni dayandırıb
# 19 fevral 2025 02:14 (UTC +04:00)

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Milan” “Feyenoord”u qəbul edib.

Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanıb - 1:0. Cavab matçında qollu bərabərlik qeydə alınıb. Bu hesab Rotterdam təmsilçisinə sərf edib. Komanda 1/8 final mərhələsinə yüksəlib.

“Bavariya” Münhendə “Seltik”i sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən matç 1:1 hesabı ilə nəticələnib.

"Brügge" səfərdə "Atalanta"dan güclü olub. Komanda rəqibini 3:1 hesabı ilə üstələyib.

"Benfika" isə "Monako" səddini adlayıb. İlk oyunda minimalhesablı qələbəyə sevinən portuqaliyalılar cavab görüşündə 3:3 hesablı heç-heçəyə nail olub. Komandanın heyətində Kerem Aktürkoğlu və Orkun Kökçü də fərqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR