İtaliyada sərxoş sürücü avtomobili turistlərin üzərinə sürüb, 6 nəfər ölüb, 11 nəfər yaralanıb

İtaliyada sərxoş sürücü avtomobili turistlərin üzərinə sürüb, 6 nəfər ölüb, 11 nəfər yaralanıb
# 05 yanvar 2020 12:16 (UTC +04:00)

İtaliyada almaniyalı turistlər qəzaya düşüb.

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 01.15 radələrində İtaliyanın Avstriya ilə sərhədində, Vale-Aurina kommunasında baş verib.

İçkili vəziyyətdə olan Boltsano əyalətinin Kyenes kommunasının 28 yaşlı sakini avtomobili 17 turistin olduğu qrupun üzərinə sürüb. Nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sürücü saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR