Bank Of Baku

Belçika futbol yığmasının baş məşqçi Domeniko Tedesko ilə yollar ayrılıb

Domeniko Tedesko

© APA | Domeniko Tedesko

# 17 yanvar 2025 17:31 (UTC +04:00)

Belçika millisi italiyalı baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.

Tedesko 2023-cü ilin fevralında Belçika millisinin baş məşqçisi təyin edilmişdi.

Yığma onun rəhbərliyi altında AVRO-2024-də çıxış edib. Ukrayna, Rumıniya və Slovakiyadan ibarət qrupda ikinci yeri tutan komanda 1/8 finalda Fransaya 1:0 hesabı ilə uduzub.

Bundan sonra Millətlər Liqasında çıxış edən komanda 6 oyunun 4-də məğlub olmuşdu.

Qeyd edək ki, Tedesko daha əvəl “Şalke”, “Spartak Moskva” və “Leypsiq” kimi komandalara rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR