Bank Of Baku

“Benfika” klubu korrupsiyada ittiham edilib

“Benfika” klubu korrupsiyada ittiham edilib
# 15 oktyabr 2024 22:09 (UTC +04:00)

Portuqaliya prokurorluğu Lissabonun "Benfika" futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.

APA xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

Klubun keçmiş prezidenti Luis Filipe Vieira və keçmiş hüquq məsləhətçisi Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.

Prokurorluq "Benfika"nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR