Bank Of Baku

"Borussiya Dortmund"un baş məşqçisi Nuri Şahin istefaya göndərilib

Nuri Şahin

© APA | Nuri Şahin

# 22 yanvar 2025 12:23 (UTC +04:00)

Bundesliqa təmsilçilərindən "Borussiya Dortmund" baş məşqçisi Nuri Şahinlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi Nuri Şahini Çempionlar Liqasının "Bolonya" ilə matçından (2:1) sonra istefaya göndərib. Bu, Almaniya klubunun ardıcıl 4-cü məğlubiyyəti olub.

Türkiyəli mütəxəssis 2024-cü ilin iyun ayından komandanı çalışdırırdı.

Qeyd edək ki, Bundesliqada son 7 matçda 1 qələbə qazanan komanda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR