Azərbaycanda bankların xarici öhdəlikləri son bir ildə 10% azalıb

Azərbaycanda bankların xarici öhdəlikləri son bir ildə 10% azalıb
# 30 yanvar 2020 15:47 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 1 yanvar 2020-ci il tarixinə 1 645,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, aylıq müqayisədə 20,5 mln. manat və ya 1,2% azalma qeydə alınıb. Hesabata əsasən, illik müqayisədə isə xarici öhdəliklərin həcmində 182,54 mln. manat 10% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR