Bank Of Baku

Burak Yılmaz istefa verib

Burak Yılmaz istefa verib
# 01 oktyabr 2024 10:15 (UTC +04:00)

Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.

Apasport.az xəbər verir ki, o, Super Liqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı açıqlayıb.

39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb. Şenol Güneşin gedişindən sonra təyinat alan Yılmaz 5 matçda komandaya rəhbərlik edib, "ağ-qaralar" bu görüşlərdə 4 məğlubiyyət və 1 qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR