Ağstafada “VAZ” dirəyə çırpılıb, ər və arvad xəsarət alıb

Ağstafada “VAZ” dirəyə çırpılıb, ər və arvad xəsarət alıb
# 17 avqust 2017 18:22 (UTC +04:00)

Ağstafada xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Qazax rayon Kosalar kənd sakini 1941-ci il təvəllüdlü Telman İsmayıl oğlu Şəmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarındakı dirəyə çırpılıb.

Qəza zamanı sürücü və onun həyat yoldaşı, 1948-ci il təvəllüdlü Rəna Rəhim qızı Şəmmədova müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR